Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev vəzifəsindən azad edilib.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.
TƏBİB sədrinin digər əmrilə Kamil Asif oğlu Həsənov sözügedən vəzifəyə təyinat alıb.
Uşaq cərrahı Kamil Həsənov bundan əvvəl həmin xəstəxananın cərrahiyyə şöbəsinin müdiri olub.
Qeyd edək ki, işdən çıxarılan Canəli Nəbiyev 2022-ci ilin dekabr ayından 2024-cü ilin may ayınadək Xocavənd və həmin tarixdən 2025-ci ilin yanvar ayınadək Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. İxtisasca hərbi həkim olan C.Nəbiyev heç bir yerə təyinat alamayıb.
- Bir və Xəzər Universiteti memorandum imzaladı
- Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
- Bakının 4 rayonunda su olmayacaq
- “Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb” - Video
- İtkin düşmüş şəxslərlə bağlı rəqəmsal platforma istifadəyə verildi
- Nail Kəmərli Speys TV yeni veriliş aparacaq
- "Arzum 9999" məhkəmə zalında həbs olundu
- DSX-də ard-arda ölümlər - Nə baş verir?