Türkiyədə həbs olunan İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun reytinqi dayanmadan artır. Əvvəllər onun haqqında təsəvvürü belə olmayan bir çoxları, indi İmamoğlunu demokratiya müdafiəçisi kimi tanıyırlar.
BUTA.TV xəbər verir ki, bunu erməni türkoloq Muşeq Xudaverdyan deyib. O, İmamoğlunun Türkiyə prezidenti seçilməsi ehtimalında Ankara-İrəvan münasibətlərini dəyərləndirib:
“Ümumiyyətlə Türkiyənin siyasətində ciddi dəyişiklik gözləmək lazım deyil. Əkrəm İmamoğlu prezident seçilsə belə, 1991-ci ildə keçmiş Türkiyə lideri Turqut Özalın hazırladığı sənədin müddəalarına əməl etməyə məcbur qalacaq. O sənəddə Ankaranın İrəvanla münasibətlərinin normallaşmasının Ermənistan-Azərbaycan münasibətlərinin düzəlməsinə bağlı olduğu qeyd edilir. Doğrudur, Əkrəm İmamoğlunun ermənilərə münasibəti müsbətdir. Ancaq nəzərə almalıyıq ki, Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi bu günə qədər heç bir türk liderinin keçmədiyi qırmızı xəttdir”.
Qeyd edək ki, Əkrəm İmamoğlu haqda İBB-yə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. O, Silivri cəzaçəkmə müəssisəsinə göndərilib.
Xatırladaq ki, Ə.İmamoğlunun Türkiyədəki erməni icmaları ilə münasibətləri yaxşıdır. O, daha əvvəl ermənilərin sıx yaşadığı kəndlərə gedib və erməni kilsələrini ziyarət edib, burada din xadimləri ilə görüşüb.
- Bir və Xəzər Universiteti memorandum imzaladı
- Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
- Bakının 4 rayonunda su olmayacaq
- “Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb” - Video
- İtkin düşmüş şəxslərlə bağlı rəqəmsal platforma istifadəyə verildi
- Nail Kəmərli Speys TV yeni veriliş aparacaq
- "Arzum 9999" məhkəmə zalında həbs olundu
- DSX-də ard-arda ölümlər - Nə baş verir?