Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla əlaqələrin gücləndirilməsinə tapşırıq verib.
BUTA.TV xəbər verir ki, bunu o, nazirliklərarası iclasda bildirib.
Hökumət rəsmisi iclasda Azərbaycanla əlaqələrin gücləndirilməsinin ölkəsinin prioriteti olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.
Dar həmçinin Azərbaycanın iştirakı ilə həyata keçiriləcək investisiya layihələri ilə bağlı işləri sürətləndirməyi tapşırıb.
- Göldən meyiti tapılan həkim şəhid qızı imiş - Foto
- Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!
- Prezident Türkiyənin ədliyyə nazirini qəbul etdi - Fotolar
- Tiflisdə öldürülən Fatimə ilə bağlı – Yeni detallar
- Əsgəran–Xocalı–Xankəndi yolu ilə bağlı rəsmi açıqlama
- Ehtiyatda olan mayor faciəvi şəkildə öldü - Foto
- Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat
- Türkiyənin istirahət zonalarında iki böyük yanğın - Video