İspaniyanın "Barselona" klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfərə gəliblər.
BUTA.TV xəbər verir ki, La Liqa nəhənginin nümayəndələri bu gün öncə "ASK Arena"da olublar.
Arenanın əsas stadionunun durumu ilə tanış olan qonaqlar daha sonra idmançıların yerləşdiyi bazaya, həmçinin stadionun ərazisinə və ətrafına baxış keçiriblər.
Dünya şöhrətli klubun nümayəndələri daha sonra "Liv Bona Dea Arena"ya baş çəkiblər. Qonaqlar futbolçuların yerləşdiyi bazanı ziyarət edib, fitness zalı, paltardəyişmə otaqları və yaradılan şəraitlə tanış olublar.
Hər iki arenaya səfər zamanı qonaqları AFFA nümayəndələri müşayiət ediblər.
Qeyd edək ki, "Barselona" rəsmilərinin səfərinin məqsədi Azərbaycanda dünya şöhrətli klubun akademiyasının açılacağı ilə bağlıdır.
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir