Devid Bekhemin adı yenidən diqqət mərkəzindədir - amma futbol, moda və ya ailə səbəbi ilə deyil. Buna səbəb iyirmi il əvvəl baş verən və gözlənilmədən gündəmə düşən qalmaqal olub.
BUTA.TV xəbər verir ki, bu barədə pravda.ru məlumat verib. Onun keçmiş köməkçisi Rebekka Loos həqiqətən Bekhemlə əlaqəsinin olduğunu iddia edib və keçmiş müdirini qüsursuz imicini qorumaq üçün həqiqəti ört-basdır etməyə çalışmaqda günahlandırıb.
Hazırda Norveçdə yaşayan Rebekka evlidir və iki övladı var. O, hadisələrin öz versiyasını dünyaya xatırlatmaq qərarına gəlib. Mediaya verdiyi müsahibələrdə Rebekka iddia edir ki, Devid Bekhemlə münasibəti onun təxəyyülünün məhsulu deyil, realdır. O, Devidin təkzibinin ailəsini müdafiə etmək deyil, onun reputasiyasını qorumaq üçün strateji cəhd olduğunu bildirib.
"Mən doğru danışdığımı bilirəm və o da bunu bilir. O bunu gozlədə bilər, amma mən susmaq fikrində deyiləm", - Loos bildirib.
Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video
Devid Bekhemin özü isə Rebekka ilə münasibətdə olduğunu inkar edir. Söz-söhbət dalğasına baxmayaraq, Viktoriya ilə evliliklərini qoruyub-saxlayıb. Son 20 ildə onlar nəinki birlikdə qalıblar, həm də şou-biznes və idman dünyasının ən nüfuzlu cütlüklərindən birinə çevriliblər.
Onlar birlikdə dörd uşaq böyüdüb, uğurlu şəxsi brendlərini yaradıb və tez-tez ictimai tədbirlərdə birlikdə çıxış edərək bərabərliklərini və bir-birlərinə dəstək olduqlarını nümayiş etdiriblər.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir