Minalar səbəbindən insanların yaralanmasından çox narahatıq.
BUTA.TV xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Report-un sualını cavablandırarkən deyib.
S.Düjarrik bu gün Ağdam rayon sakininin piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alması ilə bağlı araşdırma aparacağını bildirib.
“Bu məsələni nəzərdən keçirəcəyəm. Biz dünən yenidən piyada əleyhinə minalara qarşı beynəlxalq müqavilələrin əhəmiyyətinə toxunduq. 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı Günü ərəfəsində bu mövzu ilə bağlı mətbuat konfranslarımız olacaq”, - sözçü qeyd edib.
Xatırladaq ki, BMT Baş katibi Antonio Quterreş ötən ilin noyabr ayında “Report”un ABŞ bürosuna müsahibəsində Azərbaycanın Qarabağ regionunda minatəmizləmə səylərinin BMT üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, uzun illərdir BMT-nin İnkişaf Proqramı (UNDP) bölgədə bu istiqamətdə fəaliyyət göstərir.
UNDP-nin bölgəni minalardan təmizləmə səyləri və baş verən insidentlər barədə heç bir məlumat verməməsi sual doğurur.
Qeyd edək ki, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı birgə məlumata görə, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
- Yaşayış kompleksində yanğın: maşınlara ziyan dəydi - Foto
- Bakıda “zombi şousu”: uşaqlar üçün təhlükəli ola bilər
- İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Belçika möhtəşəm geridönüşlə 1/8 finalda - Yenilənib
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto