10:53
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib. Agentliyin əməkdaşı, 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Onun sağ ayağın topuq nahiyyəsindən amputasiyası olunub.
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
***
Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində də mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ANAMA mətbuat xidmətlərinin birgə məlumatına görə, 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Səbuhi Elman oğlu Məmmədov minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda qeyd olunub.
***
Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində 3 nəfər yaralanıb.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, mina xəsarəti alan nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1983-cü il təvəllüdlü Səbuhi Elman oğlu Məmmədova sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
2012-ci il təvəllüdlü Dəniz Səbuhi qızı Məmmədovaya hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü Elmar Səbuhi oğlu Məmmədova isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
- Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı