8 aprel tarixindən etibarən Türkiyədən limon ixracı müvəqqəti olaraq dayandırılacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Ticarət Nazirliyi sitrus meyvələrinin yığıldığı bölgələrdə əlverişsiz hava şəraiti və daxili tələbatın qorunması zərurəti ilə izah edib.
Aralıq dənizi İxracatçılar Assosiasiyasının statistikasına görə, 2024-cü ildə Türkiyədən xarici ölkələrə ümumilikdə 1 milyon 639 min ton sitrus meyvəsi ixrac olunub. Bu ixrac ölkəyə 1 milyard 46 milyon 128 min dollar gəlir gətirib.
2024-cü ildə ixrac olunan sitrus meyvələrinin əsas alıcısı Rusiya olub – bu ölkəyə göndərilən məhsulların dəyəri 375 milyon dollar təşkil edib. İkinci yerdə 197 milyon dollarlıq idxal ilə İraq, üçüncü yerdə isə 108 milyon dollarla Ukrayna gəlir.
Qeyd edək ki, Azərbaycan il ərzində xaricdən 20 min ton civarında limon alır. Bu ölkələr arasında Türkiyə də var.
- BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir
- Türkiyə nümayəndələri İrəvanda
- Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan
- Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü
- TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev
- Bilal Ərdoğan Bakıda
- Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi
- “KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...