Fevral ayında Prezident Donald Trampın təşəbbüsü ilə ölkəni qanunsuz mühacirlərdən “təmizləmək” kampaniyası çərçivəsində ABŞ-dan 200 nəfərdən ibarət qrup Kosta-Rikaya aparılıb.
BUTA.TV xəbər verir ki, bu barədə SWI məlumat yayıb.
Deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Özbəkistan, Konqo, Vyetnam və Nepal vətəndaşları olub.
“Deportasiya edilənlərdən 84-ü artıq ölkələrinə qayıdıb, 94-ü isə sığınacaqda qalmaqda davam edir”, - məlumatda bildirilib.
Kosta-Rika hökuməti qeyd edib ki, ABŞ Dövlət Departamenti bu insanlara humanitar yardım və qayğı göstərmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına maliyyə dəstəyi verir.
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma
- Azərbaycanda bu vəzifələr ləğv olundu
- Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi
- Vətəndaş müharibəsi və parçalama ssenarisi: İranı nə gözləyir?
- Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi
- Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video
- ABŞ eksperti Pəhləvinin “35%-lik reytinqi”ni hardan çıxarıb?