Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın başlatdığı “Təhsil dəbdədir” layihəsi çərçivəsində keçirilən növbəti seminar maraqla qarşılanıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu dəfə Akopyanın həyat yoldaşı Paşinyanı çıxış üçün dəvət etdiyi məlum olub.
Məlumata görə, tədbirin keçiriləcəyi zalda olan hər kəsin telefonu və saatı əvvəlcədən yığılıb.
Lakin orada olan bəzi jurnalistlər Paşinyanın bir sıra maraq doğuran fikirlərini qeyd edə biliblər.
Baş nazir, “Yoxsulluq beynimizdə olduğu kimi təhlükəsizlik də beynimizdədir”, “Müharibə mənim vaxtımda olmadı, mən müharibə vaxtında vəzifədə oldum, lakin savaşdım” kimi fikirlər səsləndirib. Onun müharibə ilə bağlı sözləri Ermənistan KİV və ictimaiyyətində xüsusilə maraq doğurub və məğlubiyyətə görə məsuliyyəti boynundan atmaq cəhdi kimi qiymətləndirilib.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində Paşinyanın Meğridə böyük çıxışının olması planlaşdırılır, artıq ərazidə hazırlıq işləri başlayıb.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio