Gələn ay Laçında Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti keçiriləcək.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Çağrı Ərhan Bakıda “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.
"Gələn ay Laçında Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək. Bu sammitdə biz bir daha Türkiyə və Azərbaycanın Türk Dünyasının birliyi və əməkdaşlığı mövzusunda güclü həmrəylik içində olacaqlarını görəcəyik", - o bildirib.
Ç.Ərhan qeyd edib ki, Azərbaycanla Türkiyə arasında hər hansı iki ölkə arasında mövcud olan əlaqələrdən qat-qat artıq əlaqələr mövcuddur.
O bildirib ki, Prezident İlham Əliyev bu gün ADA Universitetində çıxışında bunu çox aydın ifadə etdi.
"İqtisadiyyatdan turizmə, siyasi əlaqələrdən tutmuş ən mühüm sahə olan müdafiə əlaqələrinə, Şuşa Bəyannaməsi çərçivəsində qurulan müttəfiqlik münasibətlərinə qədər hər sahədə Azərbaycan və Türkiyə arasında çox yüksək səviyyəli əlaqələr qurulub. Ticarət və investisiyalar həm də bu iki ölkəyə Cənubi Qafqazda sülh və sabitliyə birgə töhfə verməyə imkan yaradır. Hesab edirəm ki, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlıq duyğuları ilə göstərdikləri liderlik bu qarşılıqlı həmrəyliyin və əməkdaşlığın inkişafına çox güclü təkan verir", - deyə o əlavə edib.
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video
- Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?
- “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
- İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər