Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda səsləndirdiyi bəyanatı məmnuniyyətlə qarşıladığını bildirib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının rəsmi saytında məlumat yayılıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı bizləri son dərəcə məmnun edib. Azərbaycan Prezidenti İlham Əliyevə Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi bu güclü dəstəyə görə təşəkkür edirəm.
Azərbaycan ilə aramızdakı könül birliyinin, ortaq dəyərlərin və eyni millətin ayrılmaz bir parçası olaraq münasibətlərimizin daha da inkişaf etməsi bizi sevindirir.
Prezident İlham Əliyevə bu bəyanatına görə bir daha təşəkkür edir, qardaşlıq və əməkdaşlığımızın əbədi olmasını diləyirəm”, - Ə.Tatar qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Şimali Kipr məsələsinə toxunub.
"Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı", - dövlət başçısı bildirib.
Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib:
“Baxın, nə baş verdi? Yunan Kipri Avropa Birliyinə üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.
- Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
- Bakıda 4-cü sinif şagirdi itkin düşdü - FOTO
- 32 yaşlı operatora iynə vurulduqdan sonra öldü
- “Onu deyən adamlar...” - Ziya Məmmədovdan onu tənqid edənlərə SƏRT MESAJ
- Anarın “uçan taksi”si və DİN-in qəribə çağırışı...
- Prezident nəvələri ilə idmanda - FOTO
- Trampdan Rusiya ilə bağlı sərəncam
- Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat