Azərbaycanla sərhəddə vəziyyət nisbətən sabitdir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
“Bəzən hədəfsiz, istiqamətsiz atışma baş verir, azdır, amma atışma var”, - Sərkisyan bildirib.
Onun sözlərinə görə, hazırda heç bir hərəkətlilik yoxdur:
“Əgər belə bir problem yaranarsa, o zaman Müdafiə Nazirliyi təhlükəsizliyi təşkil edəcək. Əgər rəsmi məlumat etibarlı deyilsə, videoya inanmaq fikrindəsinizsə, o zaman bunu məndən soruşmamalısınız”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi pozduğu barədə az qala hər gün açıqlama yaysa da, qarşı tərəf israrla bunu təkzib edir və ya “havaya atəş açılıb” deyə, “izah etməyə” çalışır.
- Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək
- Prezidentdən Azərbaycan dili ilə bağlı vacib açıqlama
- Prezident süni intellektin üstünlüklərindən danışdı
- Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır - Prezident
- Yaşar Gülər Azərbaycana gəlir
- Ramiz Mehdiyev klanı üçün kritik həftə - İstintaq dairəsi daralır
- Qarabağdan köçüb, Ermənistan vətəndaşı olanların sayı...
- Ərdoğan Azərbaycana gəlir