2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Baş Prokurorluğa, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.
BUTA.TV xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənəddə deyilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Palatanın yerli idarəsinin 2024-cü ilin iş planı üzrə 3 auditlə bağlı göndərdiyi materiallar cinayət işlərinə əlavə olunub və hazırda istintaq aparılır. Bu auditlərdən 1-i üzrə 0,2 milyon manatın, əvvəlki illərdə göndərilmiş materiallar üzrə isə 0,1 milyon manatın ödənildiyi bildirilib.
İl ərzində Palatanın Naxçıvan idarəsi 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirib və nəticələri rəsmiləşdirib.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
"2024-cü ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46,6 milyon manat maliyyə pozuntusu aşkarlanıb. Bunun 12,7 milyon manatını hesablanmış büdcəyə zərər təşkil edib. Aşkarlanmış pozuntunun 31,5 milyon manatı bank hesabında saxlanmaqla Naxçıvanın büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub. İdarənin keçirdiyi auditlərlə maliyyə hesabatları üzrə 19 milyon manat təhrif aşkarlanıb ki, bunun da 18,3 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub. Yuxarıda qeyd olunan nöqsanlardan əlavə, 2024-cü ilin İş Planına uyğun olaraq İdarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2,3 milyon manat olub", - deyə hesabatda qeyd olunub.
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək