Bu yaxınlarda Antalyada keçirilən forumda (11-13 aprel tarixlərində keçirilən 4-cü Antalya Diplomatik Forumu – red.) dünyada hökm sürən yalançı, ikiüzlü siyasəti, ikili standartları rədd edən Azərbaycan Prezidenti İlham Əliyevin parlaq çıxışı açıq-aydın seçildi.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında qeyd edib.
“Prezident (Əliyev) başqalarının düşündüyünü, lakin yüksək səslə deməkdən çəkindiyini dilə gətirdi və hər şeyi öz adı ilə çağırdı.
O, Rusiyanın Ukraynaya təcavüzü faktlarını dəqiq şəkildə göstərdi və mövcud vəziyyətdən çıxış yolu təklif etdi. Öz çıxışı ilə bir daha təsdiqlədi ki, o, təkcə regionun lideri deyil, həm də dövlətlər üçün yeni davranış prinsipinin yaradıcısıdır – şəxsi ləyaqət hissi ilə”, - Saakaşvili yazıb.
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi
- Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video
- Qubadlının işğaldan azad olunmasından 5 il ötür