Bakının tələbi ilə Tiflisdə həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov həbsdən azad edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyus-Georgia” Sadıqovun maraqlarını təmsil edən Sosial Ədalət Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, Gürcüstan qanunvericiliyinə əsasən, ekstradasiya məqsədilə məhbusluğun maksimum saxlanma müddəti 9 aydır. Ə.Sadıqov üçün bu müddət 3 may 2025-ci ildə başa çatacaqdı. Buna görə də Gürcüstan prokurorluğu həbs qətimkan tədbirini əvəz etmək tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
Ötən gün Tiflis Şəhər Məhkəməsi prokurorluğun vəsatətini təmin edərək, Sadıqova verilən esktradasiya məhbusluğunu girovla əvəz edib. Məhkəmə Ə.Sadıqova 5 000 lari (təxminən 3,094 manat) miqdarında girov qətimkan tədbiri barədə qərar çıxarıb, lakin onun məhkəmə prosesi davam edəcək.
Qeyd edək ki, Azel.tv xəbər saytının baş redaktoru Ə.Sadıqov 2024-cü ildən hədə-qorxu ilə pul tələb etdiyinə görə Azərbaycan tərəfindən axtarışa verilib. Sadıqov 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana köçüb.
- Şad xəbər: Bu süni intellekt platforması...
- Mərkəzi Bankdan 10 manatlıq əskinaslarla bağlı açıqlama...
- Azərbaycanda internetin sürəti ilə bağlı yenilik
- Gəncədə ana 40 günlük körpəsindən imtina etdi
- İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı
- Bu şagirdlər imtahanı yeni formatda verəcəklər
- Qatı duman Bakı–Şamaxı yolunu bürüdü - Video
- Tanınmış həkimə vəzifə verildi