Artıq bir neçə gündür ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan-Ankara münasibətlərinin normallaşmasının Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşmasına faydalı təsir göstərə biləcəyini deyir. İrəvan bu fikri Türkiyədə potensial hakimiyyət dəyişikliyinə vurğu ilə səsləndirir.
BUTA.TV xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Dmitri Solonnikov deyib.
“Qəfildən hakimiyyətə qərbyönlü müxalifət gəlsə, çox güman ki, o, Ermənistan-Azərbaycan nizamlanması üçün heç bir ilkin şərt qoymadan İrəvanla münasibətləri normallaşdırmaq istəyəcək. Amma Ərdoğanın bu istiqamətdə mövqeyi sərtdir. Türkiyə isə Ermənistan qarşısında şərt qoyur ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması üçün Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır”, - o bildirib.
- Şad xəbər: Bu süni intellekt platforması...
- Mərkəzi Bankdan 10 manatlıq əskinaslarla bağlı açıqlama...
- Azərbaycanda internetin sürəti ilə bağlı yenilik
- Gəncədə ana 40 günlük körpəsindən imtina etdi
- İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı
- Bu şagirdlər imtahanı yeni formatda verəcəklər
- Qatı duman Bakı–Şamaxı yolunu bürüdü - Video
- Tanınmış həkimə vəzifə verildi