Milli Müdafiə Universiteti ilk dəfə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradıb.
BUTA.TV xəbər verir ki, bu barədə Universitetin sosial şəbəkə səhifəsində məlumat yerləşdirilib.
Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən, 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular (əsgərlər) üçün Bakı və Naxçıvan Hərbi Kolleclərində təhsil almaq imkanı yaradılır. Müəyyən edilmiş meyarlara cavab verən yüksək göstəricili əsgərlərə Hərbi Kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərfindən ətraflı məlumat veriləcək.
Hərbi kolleclər üçün tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaq.
Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO
İki illik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar. Onlar təhsil müddətində əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri (yataqxana) təminatı; kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr; dövlət hesabına xaricdə təhsil imkanı əldə edəcəklər. Bundan başqa, xidmət müddətində kursantlara gizir hərbi rütbəsinin verilməsi; xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi; il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı; özü və ailə üzvləri üçün güzəştli tibbi təminat; - güzəştli ipoteka krediti (5 il xidmət etdikdən sonra, ipoteka yolu ilə alınan yaşayış sahəsinin dəyərinin 15 faizədək olan hissəsi dövlət tərəfindən maliyyələşdirilməsi); - Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması; karyerada davamlı yüksəliş kimi imtiyazlar nəzərdə tutulur.
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər
- ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir
- Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı
- Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO