Hələlik Rusiya yumşaq davranır, Ermənistanla Avrasiya İqtisadi İttifaqı arasında ticarət dövriyyəsi ilə bağlı məlumatlara istinad edərək Nikol Paşinyanı inandırmağa çalışır ki, belə bir addım yanlışdır və AB Ermənistana Rusiyanın verə biləcəyini vermək iqtidarında deyil. Amma bu cür şifahi diplomatiyanın resursu artıq tükənmək üzrədir. Sərt qərarlar qəbul etmək və Ermənistanın bu məsələdə mövqeyini geosiyasi xəyanət kimi qələmə vermək vaxtı yaxınlaşır.
BUTA.TV xəbər verir ki, bu sözləri ermənipərəst rusiyalı politoloq Stanislav Tarasov Rusiya Baş nazirinin müavini Aleksey Ovurçukun Ermənistanın Aİİ üzvü ola-ola AB-yə üzvlük prosesini başlatması haqda “İrəvan iki stulda otura bilməz” sözlərini şərh edərkən deyib.
“İrəvan açıq şəkildə regiondakı vəziyyəti başqa bir qarşıdurmaya aparır, lakin artıq dar regional deyil, geniş Qərb-Şərq kontekstində və NATO-nun hərbi strukturlarını regiona cəlb etmək niyyətindədir. İndi münaqişənin tərəfləri Bakı və İrəvan deyil, dolayısı ilə Moskva və Brüssel ola bilər. Ona görə də Moskva bunları nəzərə almağa başlayıb”, - o bildirib.
Tarasov İrəvanın KTMT-nin maliyyələşdirmə sənədini imzalamaqdan imtina etməsini təsadüfi hesab etməyin:
“Ermənistan bundan sonra hansı istiqamətə gedəcəyinə qərar vermir. Regional ticarət dəhlizlərinə daxil deyil; bütün qonşu ölkələr üçün böyük əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi Ermənistandan yan keçir. Bu o deməkdir ki, Ermənistanın seçim dairəsi sürətlə daralır və regionda onsuz da təlatümlü olan vəziyyəti pozmağa qadir olan geosiyasi sunami güc toplayır”.
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video
- Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?
- “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
- İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər