Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının yas mərasimində iştirak etmək üçün Türkiyənin Antalya şəhərinin Alanya qəsəbəsinə gedib.
BUTA.TV xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Yas mərasimindən sonra Ceyhun Bayramov jurnalistlərə açıqlama verib.
“Səfərimizin səbəbi əziz qardaşımız, yaxın dostumuz, Türkiyə Böyük Millət Məclisinin üzvü və sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının vəfat etməsidir. Mərhum Osman Çavuşoğluna Allahdan rəhmət diləyirik. Məkanı cənnət olsun. Mən şəxsən onu tanımasam da, burada insanlar tərəfindən onun haqqında deyilən gözəl sözlər, bölüşülən xatirələr təsirlidir”, - nazir vurğulayıb.
XİN rəhbəri bildirib ki, mərhumun bu qədər insan tərəfindən yad edilməsi, onun oğlu Mövlud Çavuşoğlunun timsalında iz qoyan bir ömür yaşadığını göstərir:
“Azərbaycanda Mövlud Çavuşoğluna böyük sevgi və hörmət var. O, hər zaman Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi önəm verən və bu münasibətləri ürəklə yaşayan bir qardaşımız olub. Bu münasibət həmişə belə idi, indi də belədir və gələcəkdə də belə olacaq. Burada iştirakımızla yalnız şəxsi hörmətimizi deyil, eyni zamanda bütün Azərbaycan xalqının başsağlığı və rəhmət diləklərini çatdırmış oluruq”.
Qeyd edək ki, Türkiyənin sabiq xarici işlər naziri, ölkənin Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu dünən Alanyada vəfat edib.
- Trampın ağır məğlubiyyəti: iki ştatı, bir şəhəri itirdi
- Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video
- 1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video
- Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto
- İlham Əliyev Özbəkistana dəvət edildi
- Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...
- Ermənistanda Türk dilinin tədrisi... - Andreasyan
- Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər