Aprelin 21-də Vatikanda vəfat edən Roma Papası Fransiskin tabutu altına sərilən xalçanın Azərbaycan xalçası oldugu bildirilib.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, xalça Papaya 2016-cı ilin oktyabrında Bakıya səfəri zamanı hədiyyə edilib.
Roma Papası Fransisk Azərbaycana 2016-cı ilin oktyabrında səfər edib və 2 oktyabrda Prezident iqamətgahında keçirilən görüşdə ona Azəırbaycan milli xalçası hədiyyə edilib. Sözügedən görüşdən yayılmış videodakı xalça ilə Roma Papası Fransiskin tabutu altına sərilən xalça tamamilə fərqli toxunuş və ornamentlərə malikdir.
Buna baxmayaraq, Roma Papası Fransiskin tabutunun altına sərilən xalça doğrudan da Azərbaycan – Təbriz xalçasıdır. Xalça naxışlarına görə “Heris” adlanır.
Heris – Təbriz yaxınlığında şəhərdir və bu xalça da bu şəhərin adı ilə bağlıdır.
- Gəncədə ana 40 günlük körpəsindən imtina etdi
- İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı
- Bu şagirdlər imtahanı yeni formatda verəcəklər
- Qatı duman Bakı–Şamaxı yolunu bürüdü - Video
- Tanınmış həkimə vəzifə verildi
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı