ABŞ Prezidenti Donald Tramp haqlıdır, Ukrayna 2014-cü ildə Krım uğrunda savaşmadı, Rusiya rahatlıqla yarımadanı işğal etdi. Ancaq bu, o demək deyil ki, Ukrayna Krımı Rusiya ərazisi kimi tanımalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Trampın Krımın bir güllə atılmadan təhvil verilməsi barədə fikirlərini şərh edərkə deyib.
“Vaşinqtonun istəyi budursa, sülh mümkün olmayacaq. Kiyev Krımın müharibə ilə geri qaytarılmasının çətin olması reallığını qəbul edir, ancaq Ukrayna huquqi baxımdan yarımadanın Rusiya ərazisi kimi tanımayacaq. Özünə hörmət edən heç bir dövlət, nə qədər zəif olsa belə, buna razılaşmaz. Bu gün Krımı Rusiya ərazisi kimi tanımağa məcbur edəcəklər, sabah Donbası tələb edəcəklər, bir az keçəcək, Kremldən yeni sifarişlər gələcək ki, “Xarkov və Odessa da bizimdir” və bunun ardı-arası kəsilməyəcək. Vaxtilə Qərb ölkələri keçmiş Çexoslovakiyanın Sudet bölgəsini də Hitlerə “peşkəş” etməklə faşistlərin bununla kifayətlənəcəklərini düşünürdülər. Kifayətlənmədilər, əksinə, iştahları artdı. Hitler Almaniyası Sudetlə bərabər Çexolovakiyanın tamamını işğal etdi, bu yetmədi, 1939-cu il sentyabrın 1-də Polşaya hücuma keçdi”, - ekspert vurğulayıb.
- İstanbuldakı zəlzələ ilə bağlı vacib xəbər: 15 km-lik fay xətti...
- Əliyevin Çinə səfərinə Rusiyadan - Sensasion baxış
- Tələbələrimiz qondarma erməni soyqırımı ilə bağlı tədbiri ləğv etdirdi
- Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir
- Paşinyan bayrağımızı yandıranları təxribatçı adlandırdı
- Ermənistanın yaydığı bu məlumat yalandır!
- TDT ağsaqqalları Lefkoşada toplanır - İncə mesaj
- Tramp haqlıdır, amma Krım Rusiyaya verilsə… - Ekspert