Əliyevin Çinə səfərinə Rusiyadan - Sensasion baxış

11:10 - 24 Aprel 2025 - GÜNDƏM

 Əliyevin Çinə səfərinə Rusiyadan - Sensasion baxış

Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə getməsi təkcə səfər deyil. “Dünya proletariatının lideri”nin doğum günündə Əliyev Çinə dövlət səfərinə gedib. Ertəsi gün o və çinli həmkarı Szinpin Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb. Səfər zamanı ümumilikdə müxtəlif sahələr üzrə 20 sənəd imzalanıb. Hadisə heç də adi deyil, ona marağın bir sıra ciddi səbəbi var.

BUTA.TV xəbər verir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib.

“Brejnevin “durğunluq” dövrünü yaşayanlar İliç-2-nin (Brejnevin) “Azərbaycan böyük addımla irəliləyir” ifadəsini xatırlayırlar. Rəsmi Bakının nümayəndələrini və onlara yaxın olan politoloqları dinləsəniz, onların əsaslandırmasında Azərbaycanın ABŞ, Rusiya və AB ilə dialoqda çəkinmədən öz tərəfdaşlarını seçməkdə azad olması tezisi yer alır. Bu yaxınlarda “Yeni dünya düzəninə doğru” VII siyasi forumda çıxışı zamanı Əliyev həm Qərbi (daha çox), həm də Rusiyanı (nadir hallarda, lakin dəqiqliklə) “danladı”, lakin Çini sərbəst buraxdı. Bakı bir çox cəhətdən Rusiya-Qərb geosiyasi dixotomiyasından bezmiş digər postsovet ölkələri üçün nümunə olmağa çalışır. İqtisadi resurslar (diqqətlə deyək, hələlik) bunu etməyə imkan verir, əlverişli siyasi və coğrafi mövqe də. Bununla belə, diplomatik bacarıq və hücumçuluq olmasa, bütün bunlar “yarımçıq iş” olaraq qalacaqdı. Ancaq geosiyasi tanqo rəqsi etmək üçün iki nəfər lazımdır. Çinə baxaq. Çinin qlobal ambisiyaları və ABŞ-la rəqabəti haqqında demək olar ki, hər yerdə eşitmək olar. 2023-cü ildə Pekin və Tiflis arasında strateji tərəfdaşlıq əlaqələri qurulub. Həmin vaxtdan Gürcüstanda Çin müəssisələrinin qeydiyyatı 96,6% artıb. 2024-cü ildə Gürcüstanın dövlət reyestrində 291 yeni Çin şirkəti qeydə alınıb, bu da son üç onillikdə, yəni ikitərəfli diplomatik münasibətlərin qurulmasından bəri ən yüksək göstəricidir. Ancaq təkcə iqtisadiyyat deyil. Elə bu günlərdə Gürcüstan Təhsil Nazirliyinin rəhbəri Aleksandr Tsuladze Çin dilinin ikinci xarici dil kimi standartının təsdiqini nəzərdə tutan yeni ümumi təhsil konsepsiyasını təqdim edib. Pekinə səfəri ərəfəsində Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində bildirib ki, 2024-cü ilin iyul ayından 2025-ci ilin aprel ayına kimi ölkələr arasında ikitərəfli ticarət dövriyyəsi 20% artıb. İndi Çinlə Azərbaycan arasında münasibətlər həm də strateji tərəfdaşlıq kimi müəyyən edilir.

Qafqaz beş il əvvəlkindən daha çox Çinə yaxınlaşır. Təbii ki, vaxtından əvvəl nəticə çıxarıb, regionun total “çinləşdirilməsi”ndən danışmaq lazım deyil. Amma aşkar faktları da nəzərdən qaçırmaq mümkün deyil. Çinin həm Azərbaycan, həm də Gürcüstan üçün maraqlı olan bir sıra ideyası var. “Sinxua” agentliyindən bir daha sitat gətirim: “Çin Azərbaycanın milli suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə edir, eləcə də onun milli şəraitinə uyğun inkişaf yolu ilə getməyə davam etməsini dəstəkləyir. Pekin üç şər qüvvə: terrorizm, ekstremizm və separatizmlə qəti şəkildə mübarizə aparmaq üçün Bakı ilə dərin əməkdaşlığa hazırdır”. Düşünürəm ki, istər Qazaxıstan, istərsə də digər Mərkəzi Asiya ölkələri belə bir layihəyə həvəslə qoşulacaqlar”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol