Bir sıra yardım pərdələri altında Fransa kimi dövlətlərin Ermənistana hücum silahları verməsi və Ermənistanın gələcəkdə hansısa beynəlxalq hərbi əməliyyatlara, o cümlədən Aİ tərəfindən aparılacaq missiyalara hazırlıq prosesi bir daha onu deməyə əsas verir ki, Cənubi Qafqazda və ümumilikdə regionda yeni münaqişə ocağının yaradılması 2 ssenari üzrə inkişaf edir.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.
Komissiya sədri qeyd edib ki, birincisi, Ermənistan Fransanın dəstəyi və təhriki ilə Azərbaycana qarşı hərbi əməliyyatlara əl ata və regionda yeni müharibə alovlana bilər: “İkincisi isə qonşu dövlətlərdən birinə - məsələn, İrana qarşı Qərbin aparacağı hərbi əməliyyatlara Ermənistan da cəlb edilə, əməliyyatlar nəticə vermədiyi təqdirdə həmin qonşu dövlətin əks həmləsi ilə Qərbi Zəngəzur/Sünik zəbt edilə bilər. Bu bizim ssenarilərimizdir. Çünki Vətən müharibəsindən sonrakı mərhələ Sünik vilayətinin strateji əhəmiyyətinə təsir edərək xarici aktorların bölgəyə marağını artırıb”.
- Azərbaycana qarşı hibrid hücumlar AB və Fransadan qaynaqlanır
- Azərbaycanda “Çin dili” dövrü başlayır
- Papanın dəfnində Azərbaycandan o iştirak edəcək?
- Şadlıq sarayları toy sahibinə niyə qəbz vermir?
- Şuşanın işğalı: Sənədlər məhkəməyə təqdim edildi
- Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi
- Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - Foto
- Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər - Namazov