Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

15:28 - 25 Aprel 2025 - GÜNDƏM

 Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

Çinlə imzalanan strateji sənədlərdən sonra bu iki texnologiya nəhənginin Azərbaycandakı işləri daha da irəliləyə bilər.

BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

“Azərbaycanla Çin arasında bu günlərdə imzalanan strateji əməkdaşlıq sənədləri yalnız vizasız gediş-gəliş demək deyil – bu əməkdaşlıq rəqəmsal iqtisadiyyat və texnologiya sahəsində də yeni dövrün başladığını göstərir. Xatırladaq ki, İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığı, Milli Məlumat Administrasiyası ilə rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlıq memorandumu imzalanıb.

Elm, təhsil və texnologiyalar, kosmos sahəsində də strateji anlaşmalar var.

Bu sənədlər fonunda “Huavey” və “Lenovo” kimi Çin texnologiya nəhənglərinin ölkəmizdəki fəaliyyətini genişləndirməsi artıq ehtimal deyil, real perspektivdir.

Bəli, vaxtilə “Çin hökuməti ilə əməkdaşlıq” ittihamı ilə beynəlxalq təzyiqlərlə üzləşən “Huavey”in Azərbaycanda da müəyyən çətinlikləri vardı. Amma son 2 ildə baş verənlər – xüsusilə yüksək səviyyəli dövlət rəsmilərinin Çinə səfərləri, XRİTDX rəhbərliyinin Çində “Huavey” rəhbərləri ilə görüşü, “Aztelekom” və “Azercell” kimi qurumların əməkdaşlıqları – “Huavey”in Azərbaycandakı yerini möhkəmləndirmışdi.

İndi isə Prezidentin Çində keçirdiyi yüksək səviyyəli görüşlər və Çin hökuməti ilə imzalanan strateji razılaşmalar “Huavey”ə yönələn “Çin hökuməti ilə əməkdaşlıq” ittihamlarının praktik olaraq aradan qalxmasına gətirib çıxara bilər.

Görünən odur ki, “Nokia”, “Eriksson”, “Dell”, HP və s. bu tip qlobal şirkətlər daha çox vuruşmalı olacaqlar.

Beləliklə, proqnozlaşdırmaq olar ki:

- “Huavey” infrastruktur və 5G sahəsində ölkəmizdə daha fəal olacaq,

- “Lenovo” isə təhsil, biznes və dövlət sektorlarında öz mövqeyini xeyli gücləndirəcək.

Ümid edirəm təhlükəsizliyə cavabdeh qurumlarımız bu prosesdə milli maraqların qorunması və texnoloji asılılıq kimi amilləri də diqqətdə saxlayacaqlar”, - ekspert bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol