Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…

15:14 - 1 May 2025 - GÜNDƏM

 Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…

Ermənistan daha çox hansısa beynəlxalq dəstəyi öz arxasına almağa çalışır. Çünki Ermənistan Qarabağ məsələsini beynəlxalq platformaya daşımaq istəyir.

Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev Paşinyanın ATƏT Minsk qrupunun buraxılmasını sülh sazişi ilə eyni zamanda imzalanması istəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan bununla erməni lobbisinin və beynəlxalq dövlətlərin gücündən istifadə etmək istəyir:

“Məqsəd isə Azərbaycana təzyiq etmək istəyidir. Biz ikitərəfli görüş təklif etdikcə, onlar bölgəyə Avropa Birliyinin missiyasını gətirdilər. Vaxtaşırı olaraq, fərqli sammitlərdə Almaniya, Fransa, Avropa Birliyi, ABŞ proseslərdə daha çox Ermənistan tərəfdə oldular. Ermənistan isə bununla da özünə bir qarantiya yaratmağa çalışır.

ABŞ, Almaniya və Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha çox Ermənistanı dəstəkləmiş ölkələrdir. Rusiya ilə son vaxtlardaki gərginliyi kənara qoysaq, onun da dəstək olduğunu deyə bilərik.

ATƏT-in Minsk Qrupunun əsas məqsədlərindən biri də Qarabağdakı ermənilərin statusu məsələsi idi. Burada da Paşinyan Minsk qrupunu saxlamaqla yenidən Xankəndi və ətrafı ilə bağlı hansısa bir məqamı gündəmə qaytarmağla çalışa bilər. Burada həm beynəlxalq dəstək almaq, həm status məsələsinin mümkünsüzlüyünü gündəmə gətirmək üçün ATƏT-in Minsk qrupunun saxlanması Ermənistanın işinə yarıyır.

Aydın məsələdir ki, sülh müqaviləsindən sonra belə qurumun varlığı Ermənistana lazım olmayacaq.

Azərbaycan tərəfi isə hansısa bir şəkildə yoluna maneə kimi çıxa biləcək faktorlardan qurtulmağa çalışır. Ona görə də ATƏT-in Minsk qrupunu elə indidən ləğv etmək Azərbaycan üçün ən doğru versiyadır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol