Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu

00:52 - 2 May 2025 - GÜNDƏM

 Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 1-də davam etdirilib.

BUTA.TV xəbər verir ki, məhkəmədə Qaradağlı kəndinin işğalına qədər baş vermiş bir sıra cinayət hadisələri, o cümlədən Qaradağlıda Azərbaycan vertolyotunun vurulması ilə bağlı sənədlər nümayiş etdirilib və tədqiq olunub.

Bu cinayətlərə 1989-cu, 1990-cı və 1991-ci illərdə Qaradağlı kəndinə ermənilər tərəfindən müxtəlif hücumların edilməsi, azərbaycanlı əhalinin qətlə yetirilməsi, meyitlərin yandırılması, onlara xəsarətlərin yetirilməsi, kəndin talan edilməsi, sakinlərin mal-qaralarının aparılması və s. daxildir. Habelə azərbaycanlıların olduqları sərnişin avtobuslarının dəfələrlə atəşə tutulması nəticəsində ölənlər və yaralananların olması faktları ilə bağlı sənədlər nümayiş etdirilib.

Məhkəmədə 1991-ci il noyabrın 20-də Qarakənddə vertolyotun vurulması faktı üzrə protokollar da tədqiq edilib. Bildirilib ki, hadisə zamanı vertolyotda olmuş 22 nəfərin hamısı həlak olub. Fakta görə, həmin gün Xankəndi Hərbi Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Hadisə yerinə baxış zamanı Məhəmməd Əsədovun, İsmət Qayıbovun, İqor Plavskinin, Nikolay Jinkinin tabel silahları və operator Fəxrəddin Şahbazovun sərəncamında olan “Panasonic 450 AJ” markalı videokamera tapılmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol