Müasir döyüş üsullarının öyrənilməsi, yeni tendensiyaların orduya tətbiq edilməsi yollarını antiteror əməliyyatlarında gördük.
BUTA.TV xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində müdia gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında peşəkarcasına döyüşən ordu fəaliyyət göstərib.
“Qarabağda heç bir mülki insana, abidələrə zərər gəlməməli idi. Bu kimi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri erməni birləşmələrinin qalıqlarını ölkə ərazisindən təmizlədi”, - deyə o bildirib.
- Qatı duman Bakı–Şamaxı yolunu bürüdü - Video
- Tanınmış həkimə vəzifə verildi
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
- Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı