Xocalı rayonunun Xanyurd kəndində hərbi sursat partlayıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.
Qeyd edilib kİ, hadisə nəticəsində Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Aqşin Arif oğlu Məmmədov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
- Qatı duman Bakı–Şamaxı yolunu bürüdü - Video
- Tanınmış həkimə vəzifə verildi
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
- Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı