“Avronyus” telekanalı Azərbaycanın Qarabağ bölgəsinin ərazisində - Şuşa və Xocalıda aşkar edilmiş kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, telekanalın materialında bildirilib ki, tapılan qalıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlara aid olduğu ehtimal edilir.
Bundan əlavə, ekspertlər mümkün işgəncə əlamətlərini aşkar ediblər.
"Ən azı yeddi şəxsə aid sümüklər və digər fraqmentlər aşkar edilib. Tapılan sübutlar göstərir ki, bu insanlar qətlə yetirilməzdən əvvəl, ehtimal ki, işgəncələrə məruz qalıblar.
Mülki şəxslər təxminən 25 il əvvəl basdırılıb", - telekanalın saytındakı məlumatda qeyd olunub.
Materialda həmçinin vurğulanıb ki, Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi zamanı kütləvi qətllərin baş verdiyi yerə çevrilib.
Xatırladaq ki, apreldə azad edilmiş ərazilərdə iki kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilib. Burada tapılan qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan digər məzarlıqda isə ən azı 7 nəfərə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir.
- Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video
- 1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video
- Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto
- İlham Əliyev Özbəkistana dəvət edildi
- Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...
- Ermənistanda Türk dilinin tədrisi... - Andreasyan
- Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər
- Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemi dəyişdi