Bakıda Rusiya və Almaniya siyasətçilərinin daha bir məxfi görüşü baş tutub. Görüşdə Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra rəsmi olaraq fəaliyyətini dayandıran “Peterburq dialoqu”nun gələcəyi müzakirə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın ARD televiziyası və "Die Zeit" qəzeti məlumat yayıb.
"Almaniyadan Azərbaycan paytaxtına Sosial Demokrat Partiyasının xarici siyasət üzrə eksperti Ralf Şteqner, xüsusi işlər üzrə federal nazir Ronald Pofalla, Şimali Reyn-Vestfaliya hökumətində keçmiş federal və Avropa işləri üzrə nazir, xristian demokrat Stefan Holthoff-Pförtner, həmçinin "Peterburq dialoqu"nun keçmiş icraçı direktoru Martin Hoffman gəlib. Onların heç biri iclasda iştirakını inkar etməyib, onun özəl xarakter daşıdığını və heç bir dövlət qurumunun sifarişi və ya maliyyələşdirməsi olmadığını vurğulayıb.
Almaniya XİN-i də görüşlərin federal hökumət adından keçirilmədiyini və ya planlaşdırılmadığını bildirib", - məlumatda olunub.
Bildirilib ki, iclasda Rusiyanı “Qazprom”un Müşahidə Şurasının sədri Viktor Zubkov təmsil edib:
“Zubkov uzun müddət Rusiya tərəfdən "Peterburq dialoqu"na rəhbərlik edib. Onu Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev müşayiət edib. Bu, ən azı üçüncü belə görüşdür. Sonuncu dəfə oxşar tərkibdə nümayəndə heyəti 2024-cü ildə Bakıda iki dəfə görüşüb".
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir