Xəbər verdiyimiz kimi, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etdiyinə görə vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, bu gün İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsi müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.
Maraqlı məqam isə V.Tağıyevin də həmin tədbirdə iştirak etməsi və sinəsində "Georgi lenti" olmasıdır. Belə ki, tədbir zamanı lentə alınan görüntülərdən də aydın olur ki, həmin tədbirdə V.Tağıyev S.Səmədovun yanında dayanıb, sinəsində də "Georgi lenti”.
Həmçinin İdarə Heyətinin 26 nəfər üzvü olmasına baxmayaraq, “əvəzlənmə prosesində” cəmi 7 nəfərin iştirak etdiyi barədə deyilənlər fotodan da təsdiqlənir.
- Buzlu yol Salyanda ağır qəzaya səbəb oldu - Video
- Məhkəmədən Mirədalət Talışxanov barəsində qərar...
- Pensiyalar yeni artımla nə vaxt ödənəcək? - Rəsmi
- AzerGold QSC-nin təsis edilməsindən 11 il ötür
- Dövlət Məşğulluq Agentliyində yeni təyinatlar
- Bakı və Əbu-Dabi qardaşlaşdı - Foto
- Nəriman yeni klubunda nə qədər qazanacaq?
- Qardaşı oğlunu çəkiclə öldürən şəxsə hökm oxundu