Rusiya Bakıya qarşı niyə "savaş" açıb?

13:32 - 21 May 2025 - GÜNDƏM

 Rusiya Bakıya qarşı niyə

Azərbaycan Elektron Təhlükəsizlik Xidmətinin META-ya şikayəti əsasında Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan 2 Feysbuk səhifəsi - “Azeri Time” və “Azeri Voice” səhifələri bağlanıb. Rusiya Azərbaycana qarşı bu işləri niyə həyata keçirir? Axı Azərbaycan Rusiyaya qarşı eyni fəaliyyəti həyata keçirmir.

BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Çünki biz düşünürük ki, Rusiya ilə müxtəlif məsələlərlə bağlı fikir ayrılığına baxmayaraq, münasibətləri daha da gərginləşdirməyək. Ancaq Rusiyada hesab edirlər ki, strateji tərəfdaş adlandırdıqları ölkəyə qarşı da informasiya savaşı aparmaq, ölkəmizdə “georgi lentləri” yaymaq məqsəduyğundur. Belə davam etdikcə, münasibətlərdə sualların sayı azalmayacaq. Ona görə də “Rusiya Ukrayna ilə məsələni hər hansı yolla bitirdikdən sonra digər dövlətləri, o cümlədən qonşuları hədəf seçəcək” tezisi boş yerə yaranmayıb. Rusiya Ukrayna məsələsini bitirmədən də Azərbaycana qarşı informasiya savaşı açıb”, - politoloq bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol