Tehran “balans” siyasətinə sadiqdir. İran Azərbaycanla birgə işğaldan azad olunan ərazidə “Araz-2025” birgə hərbi təlimləri keçirərkən, bu ölkənin müdafiə naziri Əziz Nəsirzadə təcili İrəvana gedib və orada Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə bildirib ki, İran-Ermənistan sərhədi iki xalqın tarixi ünsiyyət yoludur və Tehranın bu sərhədə hər hansı təcavüzə göz yumması mümkün deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“Görünür, İranın müdafiə naziri ölkəsinin Azərbaycanla birgə hərbi təlimlərin Ermənistana qarşı yönəlmədiyini vaxt itirmədən İrəvana yerindəcə izah etmək istəyib. Nəsirzadə İrəvanda bunu deyib: “İranın əsas siyasəti bütün qonşularla, xüsusilə də Ermənistanla münasibətləri gücləndirməkdir və bu yolda heç bir maneə bizi dayandıra bilməz”.
Sizi dayandıranmı var? Azərbaycanı da təhlükəsizlik maraqlarının təmin olunmasında dayandıran yoxdur”, - politoloq vurğulayıb.
- Bitkoin yenə bahalaşdı - Tarixi rekord
- Bu səhər yeməyi xərçəngin qarşısını alır
- Ukrayna xarici işlər naziri Bakıya gəlir
- İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük
- Kürə atılan 16 yaşlı Nuranənin toy görüntüləri - Video
- Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video
- Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı
- İsrail-Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı