Tramp geri çəkilir: Rusiyanın önündə kim dayanacaq?

09:02 - 22 May 2025 - GÜNDƏM

 Tramp geri çəkilir: Rusiyanın önündə kim dayanacaq?

Trampın Putinlə son telefon danışığı göstərdi ki, artıq ABŞ bu münaqişədən yorulub və konkret nəticə görmədiyi təqdirdə prosesdən çəkilə bilər.

Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Onun sözlərinə görə, bəzi media qurumları bu danışıqları müsbət qiymətləndirsə də, Trampın ritorikasında aydın şəkildə ABŞ-ın bu prosesə daha çox enerji sərf etmək istəmədiyi hiss olundu:

“Tramp açıq şəkildə bildirdi ki, bundan sonra danışıqlar yalnız Rusiya və Ukrayna arasında aparılmalıdır. Bu isə o deməkdir ki, ABŞ bir növ tərəflərə son xəbərdarlıq edib – ya razılığa gəlin, ya da bu prosesi tək davam etdirin. Əsas sual ondan ibarətdir ki, ABŞ-ın bu prosesdən çəkilməsi yalnız siyasi səviyyədə olacaq, yoxsa hərbi və maliyyə dəstəyinə də təsir edəcək? Əgər ABŞ Ukraynaya dəstəyi azaldarsa, bu, Kiyev üçün vəziyyəti daha da çətinləşdirə bilər”.

Bu xəbər hal-hazırda çox oxunur
Arda Gülər 5 mərtəbəli villa aldı - FOTO

Politoloq qeyd edib ki, hazırda təşəbbüs əsasən Avropa ölkələrinin üzərinə düşür:

“Ukrayna üçün yaradılan “İstəklilər koalisiyası”, Avropada hərbiləşmə ilə bağlı gedən danışıqlar və 800 milyard avroluq müdafiə fondu bu istiqamətdə atılan mühüm addımlardandır. Eyni zamanda, Rusiyaya qarşı yeni sanksiyalar da tətbiq olunub. Bütün bunlar onu göstərir ki, Avropa Ukraynadan sonra özünü potensial hədəf kimi görür və bu səbəbdən də Ukraynaya daha fəal dəstək verməyə çalışır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol