Rusiya vətəndaşı Zahirəddin İbrahimovun (İbrahimi) Dövlət Təhlükəsizlik Xidmdəti tərəfindən qandallanaraq Bakıya gətirilməsi Azərbaycana qarşı separatizmin neytrallaşdırılması prosesində önəmli addımlardandır. Onun Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin yanında saxlanılması da təsadüfi deyil, çünki İbrahimi və digərləri separatçı fəaliyyəti ermənilərlə sinxron şəkildə həyata keçiriblər və bu prosesdə müxtəlif ölkələrin maraqları olsa da, Ermənistan xüsusi xidmət orqanları birbaşa idarəçi kimi iştirak edib.
Rusiyada Azərbaycana qarşı separatizm fəaliyyətini həyata keçirən Zahirəddin İbrahimi 2019-ci ildə - Fəxrəddin Abbaszadənin həbsindən (2018-ci il) sonra daha çox ön plana çıxmağa başladı. Bu, Abbaszadənin həbsindən sonra Rusiyadakı separatçı qrupların “liderlik” mübarizəsindən qaynaqlanırdı. Həmin vaxt yeni “lider” kimi iki şəxsin adı hallanırdı: İsmayıl Şabanov və Zahirəddin İbrahimi.
İ.Şabanovun şansları daha çox qiymətləndirilirdi. Lakin 2016-cı ildə onunla F.Abbaszadə arasında pul məsələsinə görə narazılığın yaranması önündə əngələ çevrildi. Məlumatlara görə, 2016-cı ilin 3 mart tarixində İrəvandakı “Ani Plasa” otelində keçirilən “Azərbaycanda yaşayan köklü xalqlar: reallıqlar və perspektivlər” adlı konfransa görə Ermənistan tərəfindən maliyyə ayrılıb, lakin Abbaszadə Şabanovun istədiyi məbləği verməyib. Ermənistan xüsusi xidmət orqanlar bu mübarizədə Abbazsadəni dəstəklədi. Bundan sonra Şabanov İrandan dəstək almaq üçün “tat kartı”nı aktivləşdirdi.
Şabanovdan fərqli olaraq, İbrahimi Ermənistan xüsusi xidmət orqanları üçün daha “sərfəli fiqur” olub. Çünki Şabanov “çoxtərəfli oyunçu” kimi çıxış edir, təkcə Ermənistanla yox, Rusiya və İranla da oynamağa çalışır. İbrahimi isə fəaliyyətini Ermənistanla – erməni diasporu/lobbisi ilə daha sıx sinxronlaşdırır. Onun əsas tribunası da Ermənistan mediası və Rusiyada ermənilərə məxsus informasiya resursları olub.
Bundan sonra Zəngəzur Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi...
Z.İbrahiminin həbs edilməsindən sonra Rusiyada fəaliyyət göstərən separatçı qrupların “liderlik” mübarizəsi yenidən aktuallaşacaq və belə görünür ki, önü açılan Şabanov yenidən aktivləşə bilər. Yeni fiqurların önə çıxması da istisna edilməməlidir. Çünki Azərbaycana qarşı separatçı qrupların fəaliyyətində birdən çox ölkənin xüsusi xidmət orqanlarının maraqları var və hər bir ölkə qrup daxilində daha güclü mövqelərə sahib olmaq istəyir.
Hərçənd, Azərbaycanın Ermənistan üzərindəki qələbəsi, o cümlədən, Rusiya və İranla münasibətləri fonunda separatçı qrupların fəaliyyət imkanlarının əvvəlki dövrlə müqayisədə məhdudlaşdığı reallığı da diqqətdən qaçmır. İbrahiminin həbsi bu prosesdə yeni başlanğıc ola bilər.
- Prezidentin Laçın aeroportundan paylaşımı - Video
- Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...
- “3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...
- Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif
- Musayev vurulmazdan öncə bu məmuru ittiham etdi - Foto
- Araz Musayevə hücumun görüntüləri yayıldı - Video
- DTX Müstəqillik Günü ilə bağlı videoçarx hazırladı
- Fidan Azərbaycanı təbrik etdi: Qürur duyuruq...