İrandakı müxtəlif dairələrin Prezident Məsud Pezeşkianın mövqeyi ilə hesablaşmamasının daha bir nümunəsini göstərək. İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Ermənistanın İran üçün vacib ölkə olduğunu bildirərkən belə bir cümlə işlədib: “Ermənistandan eşitmək istəyirəm ki, dəhliz olmayacaq”. Bunun ardınca İran rəsmisi dəhlizin İran üçün qəbuledilməz olduğunu qeyd edib. Halbuki İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərindən əvvəl AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə etmişdi: “İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“Belə çıxır ki, İranın siyasi elitasında “Zəngəzur dəhlizi” ilə bağlı əvvəlki “mövqe” dəyişməyib və həmin fikirlər İran prezidentinin mövqeyinə əksdir. Başqa sözlə desək, Pezeşkiana tabe olmalı qurumlar və oradakı rəsmilər dövlət başçısını saymırlar”, - o vurğulayıb.
- İlhamə Quliyevanın bacısı qızı 800 minlik dələduzluqda ittiham olunur
- Səbuhi Qurbanova yeni vəzifə verildi
- Bu rayona yarım metr qar yağdı
- Dövlətə xəyanət edən şəxsin məhkəməsi başladı
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
- Bakıda nasaz avtomobil maşrut avtobusu ilə toqquşdu - Video
- Bakı-Şamaxı-Yevlax yolu buz bağladı - Foto
- Bakıda yeni tikilən binada dayaq sütunu uçdu - VİDEO