Sizə ermənilərin “qədim ermənistan” yalanlarını ifşa edəcək nadir bir xəritə təqdim edirəm. Xəritə məşhur alman coğrafiyaşünası Georq Matteus Seutter tərəfindən çəkilib.
BUTA.TV xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev bildirib.
“Seutter Nürnberq şəhərində görkəmli J.B.Homanın rəhbərliyi altında oyma ustalığını öyrənib. 18-ci əsrin əvvəllərində Seutter Auqsburqda özünün müstəqil kartoqrafik nəşriyyat firmasını yaradıb.
Seutterin oyma bacarığı və şaxələndirilmiş xəritə istehsalına sadiqliyi nəticədə ona əhəmiyyətli nüfuz gətirib. Seutterin xəritələrinin əksəriyyəti “Homann” və “Delisle” firmaları tərəfindən nəşr edilirdi. 1732-ci ildə Seutter Almaniya imperatoru VI Karl tərəfindən "İmperator coğrafiyaçısı" adına layiq görülüb.
Bundan sonra Zəngəzur Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi...
300-dən çox xəritə tərtib edən Seutter müxətlif kartoqraf və səyyahların istinadlarına mütəmadi müraciət edirdi ki, işlərində bir yanlışlıq olmasın. Bizim diqqəti çəkən xəritə isə “Magni Turcarum Dominatoris İmperium per Europam, Asiam, et Africam accuratissima cura delineatum” (Böyük Türk Hökmdarının İmperatorluğu bütün Avropa, Asiya və Afrikada diqqətlə təsvir edilmişdir) 1740-cı idə Auqsburqda nəşr ediləndir.
Seutter öz xəritəsində bütün Cənubi Qafqazı Azərbaycan və Şirvanın tərkibində göstərib. Bu xəritədə Ermənistan ümumiyyətlə yoxdur, onun ərazisi Azərbaycanın tərkibində göstərilir.
Eyni zamanda xəritə ilə yanaşı, o, əlifba sırası ilə adları və açıqlamasını da yazır. Fikir verin, Azərbaycan adını “Adirbeitzania” adlandırır və onunla yanaşı, xəritədə Ordubad, İrəvan, Şamaxı, Dərbənd, Şəmkir və digər əraziləri dəqiqliklə yazır. Bu xəritə bir daha sübut edir ki, Qafqazda erməni dövləti, Ermənistan adında ərazi olmayıb, bu gün onların əlində olan İrəvan və digər şəhərlər Azərbaycana aid torpaqlarda yerləşib”, - alim bildirib.
Z.Əliyev qeyd edib ki, ölçülərin 19.75 x 22.75 düym (50.12 x 57.75 sm) olan xəritə hazırda № 11915 inventar nömrəsi ilə Çikaqo muzeyində saxlanılır.
- Prezidentin Laçın aeroportundan paylaşımı - Video
- Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...
- “3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...
- Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif
- Musayev vurulmazdan öncə bu məmuru ittiham etdi - Foto
- Araz Musayevə hücumun görüntüləri yayıldı - Video
- DTX Müstəqillik Günü ilə bağlı videoçarx hazırladı
- Fidan Azərbaycanı təbrik etdi: Qürur duyuruq...