Lisey və gimnaziyalara qəbul hər ilin aprel-may aylarında həyata keçirilirdi. Əvvəlki illərdə 4, 5, 6 və 7-ci siniflərdən şagirdlər lisey və gimnaziyalara qəbul olub, tədris ilini davam etdirə bilirdilər. Ancaq iki gün öncə çıxan qərara görə qəbul 6-cı sinifdən etibarən həyata keçiriləcək. Əlbəttə ki, bu qərar öncədən vəsait sərf edən, hazırlaşan şagird və valideynlərin haqlı etirazına səbəb olub.
Bu sözləri BUTA.TV-a təhsil eksperti Ramin Nurəliyev lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün elan edilməsini şərh edərkən deyib.
Ekspert bildirib ki, qərar doğru olsa da yanlış zamanda verilib:
“Beynəlxalq təcrübələrə əsasən deyə bilərəm ki, xüsusi təyinat tələb edən lisey və gimnaziyalarda qəbul 6-cı sinifdən etibarən başlayır. Əslində ölkəmizdə verilən bu qərarın tərəfdarıyam. Lakin bu qərar indi yox, tədris ilinin əvvəlində verilməli idi. Bu, valideyn və şagirdlərə müəyyən qədər psixoloji təsir göstərə bilər.
Düşünürəm ki, bu istiqamətdə atılan addımlar daha çox yeddinci sinif şagirdlərində psixoloji gərginlik yaradacaq. Çünki dörd və beşinci sinifdə oxuyan şagirdlər bir neçə il sonra yenidən müraciət edə biləcək. Ancaq yeddinci siniflər artıq bu şansdan məhrum olmuş sayılırlar. Yaxşı olardı ki, bu tədris ilinə yeddinci siniflər üçün də qəbul olmaq şansı yaradılsın”.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilib.
Qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.
Ərizə qəbulu iyunun 5-dən 20-dək aparılacaq.
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
- Ursula Fon der Lyayen Azərbaycandadır - Fotolar
- Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsətlər...
- “Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
- Elnur Hidayətoğlu TƏBİB-dən getdi