Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Hakan Fidanın Rusiya və Ukrayna təmsilçilərini yenidən İstanbulda görüşdürmək səyləri müsbət nəticə verib. Tərəflər iyunun 2-də İstanbulda görüşə razılıq veriblər.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Növbəti görüşdə əsas hədəf nəhayət ki, qısa müddətli də olsa atəşkəsə nail olmaqdır. Çünki bu dəfə də razılıq əldə olunmasa, bu həm yay aylarında müharibənin şiddətlənməsi, həm də Türkiyənin vasitəçiliyinin bir müddət dayandırılması demək olacaq. Bu səbəbdən Hakan Fidan həm Moskvada, həm də Kiyevdə detallı görüşlər və müzakirələr həyata keçirib, atəşkəsin əldə olunması üçün tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışıb. Ankaranın bir başqa hədəfi yaxın müddətdə 4 ölkənin (Türkiyə, Rusiya, Ukrayna və ABŞ) liderini İstanbulda bir araya gətirməkdir. Bu həm Rusiya-Ukrayna müharibəsinnin dayandırılmasına şərait yaradar, həm də Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüşün və razılaşmaların əldə olunması üçün münbit zəmin formalaşdırar. Rəcəb Tayyib Ərdoğan, Vladimir Zelenski və Donald Tramp İstanbulda görüşün tərəfdarıdırlar, top Vladimir Putinin meydanındadır”, - politoloq bildirib.
- Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı
- Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı
- Azərbaycan nümayəndə heyəti İrəvanda - Foto
- Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var
- Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada Mehdiyevdir?
- 1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan
- Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz
- “Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi