Zəngəzur dəhlizi mövzusu bölgədə maraqları olan bir çox dövlətin diqqət mərkəzində qalmağa davam edir. Lakin bu dəhlizin açılmasına mane olmaq istəyən qüvvələr də öz fəaliyyətlərini davam etdirirlər. 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs razılaşmasının şərtlərinə nəzər saldıqda aydın olur ki, Rusiya sənədi öz strateji maraqlarına uyğun şəkildə hazırlayaraq tərəflərə imzalatdırıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında türkiyəli ekspert Həsən Oqtay Rusiyanın bölgədəki planları və Zəngəzur dəhlizinə münasibəti barədə danışarkən deyib.
Onun sözlərinə görə, həmin dövrdə Türkiyə də bu prosesdə yer almağa çalışsa da, Rusiya diplomatik manevrlə bu niyyəti əngəlləməyi bacardı:
“Rusiya Qarabağ üzərindəki planlarını reallaşdırmaq üçün razılaşmaya Laçın dəhlizini daxil edib. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı müəyyən gözləntilər formalaşdırıldı, lakin bu dəhliz razılaşma mətnində konkret şəkildə yer almadı. Sonrakı mərhələdə Ukrayna böhranı Rusiya üçün ciddi strateji maneəyə çevrildi. Bu şəraitdə Azərbaycan Laçın dəhlizinə nəzarəti ələ keçirərək bölgədə suverenliyini tam bərpa etdi. Bununla da Zəngəzur dəhlizi ilə bağlı planlar faktiki olaraq gündəmdən çıxdı”.
Eksper hesab edir ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmadan hər hansı bir dəhlizin açılması real deyil:
“Məsələyə alternativ yanaşma olaraq, Türkiyə-Ermənistan-Azərbaycan arasında üçtərəfli sülhün təmin olunması və ilk mərhələdə keçid razılaşmasının imzalanaraq regionda nəqliyyat əlaqələrinin bərpası daha məqsədəuyğun hesab olunur. Hazırda bölgədəki bir çox dövlətlər bu sülh prosesinin uzanmasından istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışır və qarşıdurmaları alovlandırmaq üçün fürsətlər axtarırlar”.
- Bakıda yeni tikilən binada dayaq sütunu uçdu - VİDEO
- Ermənilər də Yutubdan pul qazana biləcək
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu