2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.
"Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı məqsədli şəkildə və geniş miqyasda yerləşdirilib. Bir çox hallarda minalar hərbi zərurət olmadan, sırf mülki əhalini hədəfə almaq və köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitmək məqsədilə basdırılıb. Bu mənada minalar kütləvi qırğın silahları qismində çıxış edir və ciddi təhlükə mənbəyidir", - Hikmət Hacıyev qeyd edib.
- Elnur Hidayətoğlu TƏBİB-dən getdi
- DTX Mətbuat xidmətinin məlumatı
- Azərbaycanda 53 yaşlı həkim göldə batdı
- “Kristal”ın “Yeni Sumqayıt” və “Sahil Park” layihələrində sərfəli satış şərtləri
- ADU-da "Məzun günü" keçirildi - Foto
- Leyla Əliyeva 13 yaşlı Emilin xatirəsinə həsr olunan anım tədbirində - Fotolar
- Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - Video
- AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır