Məktəblərdə dərs yükünün həddindən artıq olması və dərslərin məzmun baxımından ali təhsil səviyyəsinə yaxın tədrisi, eləcə də imtahanlarda sualların mürəkkəb salınması hazırda təhsil sistemində ən çox tənqid edilən məsələlərdən birinə çevrilib. Mütəxəssislər isə bildirir ki, təhsil sistemində ciddi boşluqlar var.
Məsələ ilə bağlı BUTA.TV-a danışan təhsil eksperti Ramin Nurəliyev dünya və Azərbaycanın təhsil sistemini müqayisə edib. Onun sözlərinə görə, dünya ölkələrində universitetə qəbul olmaq asan, oxumaq isə çox çətindir:
“Bizdə isə bunun əksi baş verir. Universitetə qəbul prosesi çox çətindir. DİM-in məsuliyyətində olan bəzi məsələlərdə ciddi nöqsanlar var. Builki qəbul imtahanlarında tarix və riyaziyyat fənnindən düşən sualların çətinlik səviyyəsi ciddi narahatlıq doğurur. Dövlət İmtahan Mərkəzi isə deyir ki, biz ümumi proqramdan kənara çıxmamışıq. Bəli, proqramdan kənara çıxmamısınız, bunu hər kəs bilir. Ancaq ümumi proqram daxilində tərtib olunmuş sualların çətinlik səviyyəsi önəmlidir. İmtahanda elə sual tərtib edirlər ki, sualda 3 mənadan söhbət gedir. Abituriyent də sualın üçüncü mənasını anlayana qədər birinci mənasını unudur və vaxt bitir. Bu isə ballara mənfi təsir göstərir”.
Təhsil eksperti Elşən Qafarov isə bildirib ki, bu gün məktəblərdə dərs yükünün çox olması ilə yanaşı, dərsliklər də hazırkı tələbə cavab vermir:
“Dərslər şagirdlər tərəfindən mənimsənilmir. Əsas amil müəllim peşəkarlığı, dərslərin sadə və anlaşılan olmasıdır. Təəssüf ki, ölkəmizdə hələ də bəzi fənlərin təhsil proqramı qəbul edilməyib. Hələ bir ay öncə bir neçə fənnin təhsil proqramı təsdiqlənib.
Bəli, buraxılış imtahanları şagirdlərin real bilik və bacarıq səviyyəsinə əsaslanmalıdır. Blok imtahanı isə qəbul imtahanı hesab olunduğu üçün suallar asan və ya çətin qoyula bilər. Ancaq universitetlərə qəbul sistemi doğru deyil. Universitetlərə qəbul ixtisaslar üzrə aparılmalıdır. Qəbul prosesi isə beynəlxalq təcrübəyə uyğun olmaldır.
Ümumiyyətlə, təhsilin bütün pillələrində islahat lazımdır. Biz bu gün əmək bazarına uyğun kadr hazrlaya bilirikmi? Xeyr. Məsələn, tələbə dörd il pedaqoji sahə üzrə təhsil alır. Ancaq tələbənin MİQ imtahanında qarşılaşdığı suallarla dörd ilk ərzində öyrəndikləri arasında 180 dərəcə fərq var”.
- Hafka villalarını satdı: Kirayədə qalır
- Gəncədə növbəti dəhşət: Avtomobil təmiri sexində meyiti tapılan Ümidin fotosu
- İranın yanında kim dayanıb? – Real mənzərə şok edir
- İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov
- Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər
- Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü
- "Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir
- Bakının axtardığı milyarderi Ermənistan saxladı – Samvel kimdir?