Bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi ilə bağlı sərəncam imzalayıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, general-mayor Babək Vahid oğlu Qurbanova general-leytenant, Azər Əliyusif oğlu Şirinova isə general-mayor hərbi rütbələri verilib.
Babək Qurbanov 19 iyul 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. O, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və Vətən Müharibəsi Qəhrəmanıdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpasında və işğal altındakı torpaqların azad olunmasında göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
O, həmçinin Prezidentin 2 fevral 2024-cü il tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
16 avqust 2025-ci il tarixində imzalanan sərəncamla Babək Qurbanova general-leytenant ali hərbi rütbəsi verilib.
Azər Şirinov da Vətən müharibəsi iştirakçısıdır. O, "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.
O, həmçinin 2023-cü il sentyabrın 27-də Ermənistan istiqamətində hərəkət edən və saxlanılan, qondarma "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" Ruben Vardanyanın tutulduğu "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin rəisi vəzifəsində çalışıb.
- Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...
- Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov
- Prezidentdən hərbi paradla bağlı paylaşım - Video
- Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov
- Türkiyə MMN Bakıdakı paraddan bu videonu yaydı
- Cənab Prezident, xanımımın sizə salamı var... - Video