WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı məlum olub. Bu funksiya insanlara WhatsApp hesabı olmadan da platforma üzərindən istifadəçilərlə ünsiyyət qurmağa imkan verəcək. BUTA.TV xəbər verir ki, yeni funksiyanın izlərinə tətbiqin son beta versiyasında rast gəlinib.
Necə işləyir?
Yeni dialoq yaradarkən "telefon nömrəsi olmadan" seçimini etmək kifayətdir. Sistem bu zaman unikal bir keçid (link) yaradacaq. Həmin linki istənilən messencer, e-poçt və ya sosial şəbəkə vasitəsilə göndərmək olar. Lakin söhbət tərəflərindən ən azı birinin cihazında WhatsApp quraşdırılmış olmalıdır.
Məhdudiyyətlər:
Yeni funksiya rahat olsa da, bir sıra məhdudiyyətlərə malikdir: Foto, video, GIF, səsli mesaj göndərmək və zəng etmək mümkün deyil. Yalnız bir-birinə mesaj yazmaq mümkündür - qrup çatları dəstəklənmir.
Bununla belə, bütün mesajlar ucdan-uca şifrələnmə ilə qorunur. Əgər qonaq istifadəçi daha sonra WhatsApp-da qeydiyyatdan keçmək qərarına gəlsə, bütün yazışma tarixçəsi qorunacaq və adi rejimdə söhbətə davam etmək mümkün olacaq.
Funksiya nə zaman rəsmi olaraq istifadəyə veriləcək?
Hazırda bu barədə dəqiq tarix yoxdur. Lakin artıq tətbiqin kodunda bu funksiyanın mövcudluğu aşkarlanıb, bu da onun yaxın yeniləmələrdə istifadəyə veriləcəyini göstərir.
- Mehriban Əliyeva Türkiyəni belə təbrik etdi - Foto
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı