Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşündən sonra Ankoric şəhəri yaxınlığındakı “Fort Richardson” Xatirə Qəbiristanlığını ziyarət edib.
BUTA.TV xəbər verir ki, Putin burada İkinci Dünya müharibəsi dövründə ABŞ-nin “Lend-Liz” proqramı çərçivəsində müttəfiqlərə hərbi texnika daşıyarkən həlak olan sovet pilot və dənizçilərinin məzarlarına gül qoyub.
Rusiya lideri həmçinin Alyaskadakı pravoslav din xadimi ilə qısa söhbət edib. Ziyarətin ardından Putin ölkəsinə qayıtmaq üçün təyyarəyə minib.
- Qarabağla bağlı yeni fond yaradılır
- "Birbank"dan taksit kart: İlk taksit ödənişinizə 50 bonus...
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...
- İyulun ilk günü hava necə olacaq?
- Bu yolda hərəkət qismən məhdudlaşdırılır - 5 gün...
- Dərs vaxtı telefon qadağasının məqsədi... - Nazir