Avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamə ilə Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan deyib.
Siyasətçinin sözlərinə görə, Vaşinqtonda razılaşma ikitərəfli qaydada əldə olunub, ABŞ Prezidenti Donald Tramp sadəcə şahid qismində iştirak edib:
“Hakimiyyətimiz Vaşinqtonda imzalanmış bəyannaməni üçtərəfli öhdəlikləri nəzərdə tutan üçtərəfli sənəd kimi təqdim edir. Əslində, Vaşinqtonda imzalanan bəyannamə ikitərəfli xarakter daşıyır, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb, ABŞ Prezidenti Donald Tramp isə burada prosesin şahidi - tərəf və ya zamin kimi yox, məhz şahid kimi çıxış edib.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Sözlərimi sübut etmək üçün sənədin ingilis dilində rəsmi versiyasını təqdim edirəm, burada ABŞ prezidentinin adının yanında “Witnessed by:” (“Şahidin iştirakı ilə”, yaxud “Şahid tərəfindən təsdiqlənmiş” kimi tərcümə olunur) ifadəsi var”.
Marukyan vurğulayıb ki, bu bəyannamə ilə Azərbaycan Zəngəzur dəhlizinin ortaqlarından biridir.
- İtkin şəxslərin axtarışı üçün yeraltı radarlar alınacaq
- “Universitet mənim üçün çox da vacib deyil...” - Videomüsahibə
- Ərzaq bazarında təhlükə siqnalı: Yeni qiymət artımları gözlənilir
- Göyçayda maşın su kanalına düşdü - Video
- Qarabağla bağlı yeni fond yaradılır
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...