Xəzər dənizində sahəsi 82 kvadratkilometr olan şlak peyda olub.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə ekoloji təşkilatlara dəstək verən "Şəffaf Dünya" layihəsinin iştirakçıları Teleqram kanalında məlumat veriblər.
Paylaşımda qeyd olunub ki, ləkə saat 05:43-də "Sentinel-1A" radar görüntüsündə müşahidə olunub. Onun ya neftdən, ya da balıqçılıq tullantılarından ibarət ola biləcəyi bildirilir. Ləkənin dəqiq sahəsi 82,5 kv. km-dir. O, Kurık Limanı – Bakı gəmiçilik xətti boyunca uzanaraq Azərbaycan və Qazaxıstan sektorlarını əhatə edir..
“Bu, artıq su üzərində təsadüfi çirkli zolaq deyil, Xəzər dənizinin xəritəsində bütöv bir qara ləkədir”, - "Şəffaf Dünya" bildirib.
Layihə iştirakçıları narahatdırlar ki, bu cür emissiyalar davam edərsə, dəniz sadəcə olaraq buna tab gətirməyəcək.
- Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov
- Prezidentdən hərbi paradla bağlı paylaşım - Video
- Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov
- Türkiyə MMN Bakıdakı paraddan bu videonu yaydı
- Cənab Prezident, xanımımın sizə salamı var... - Video
- Azərbaycan bayrağı Nyu York səmasında!