"Qiyamət günü radiosu"ndan şifrəli mesaj: Yeni müharibə...

01:38 - 15 Avqust 2025 - GÜNDƏM

Avqustun 14-də “Qiyamət günü radiostansiyası” və ya “Vızıltı” kimi tanınan müəmmalı UVB-76 radiostansiyası iki dəfə efirə çıxaraq qısa mesajlar göndərib.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:05-də “marel”, 18:33-də isə “vızıltı” sözləri səsləndirilib.

Eyni kod sözləri xüsusi hərbi əməliyyata az qalmış — 2022-ci il yanvarın 13-də də eyni ardıcıllıqla yayımlanmışdı. O zaman “marel” saat 11:21-də, “vızıltı” isə 8 saat 14 dəqiqə sonra ötürülmüşdü. Bu siqnalların təkrar verilməsinin səbəbi hələ də məlum deyil.

Xatırladaq ki, Roskomnadzor Rusiya hərbi radiostansiyası UVB-76-nın nə vaxt yaradıldığı və qeydiyyatdan keçirildiyi barədə məlumat açıqlamayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol