Avqustun 15-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib.
BUTA.TV xəbər verir ki, L.İsmayılova qardaşının polis əməkdaşı olduğunu, digər 6 polislə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.
Zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva deyib ki, özündən əvvəl ifadə verən L.İsmayılovanın qardaşı ilə birlikdə qətlə yetirilən polislərdən biri – İlham İmamqulu oğlu Quliyev – onun qardaşıdır.
B.Quliyev təqsirləndirilən şəxs Bako Saakyanın vəkilinin suallarına cavabında kəndə hücum zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən açıldığını bildirib.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- Qarabağla bağlı yeni fond yaradılır
- "Birbank"dan taksit kart: İlk taksit ödənişinizə 50 bonus...
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...
- İyulun ilk günü hava necə olacaq?
- Bu yolda hərəkət qismən məhdudlaşdırılır - 5 gün...
- Dərs vaxtı telefon qadağasının məqsədi... - Nazir